İran

İran və Panama tankerləri İndoneziya sularında saxlanılıb

Bazar günü Əndonezi sularında qanunsuz neft daşıyan İran və Panama tankerləri saxlanılıb. Məsələ ilə bağlı Əndonezi Dəniz Əmniyyəti Təşkilatının sözçüsü bilgi verib. Onun sözlərinə görə, İran tankeri bayrağın asılmaması, tanınma sistemlərinin söndürülməsi, qanunsuz ləngər atma, gəmilər arasında qanunsuz yanacaq ötürülməsi və dənizə neft sızdırılması kimi pozuntulara yol verib. Əndonezinin Dəniz Qüvvələri tərəfindən hər iki tanker araşdırma məqsədilə Batam adasına aparılıb. İranın dövlət televizyonu tankerin ələ keçirilməsi xəbərini təyid edib. Ancaq bu barədə ətraflı bilgi verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button