İran

İran BMT-də səs hüququnu itirdi

İran, Venezuela və digər altı ölkə üzvlük haqqını ödəmədikləri üçün Birləşmiş Millətlər Təşkilatında səs hüququnu itirib.

İran, Venezuela və digər altı ölkə üzvlük haqqını ödəmədikləri üçün Birləşmiş Millətlər Təşkilatında səs hüququnu itirib.

“Aznews tv” xəbər verir ki, BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak “Anadolu” ajansına açıqlamasında bu haqda deyib: “Təşkilatın 11 üzv ölkəsi ödənişlərini gecikdirib, 8 ölkə bu gündən etibarən səs hüququnu itirib”.

BMT Baş Assambleyasında səs hüququnu itirən ölkələr İran, Venesuela, Sudan, Konqo, Qvineya, Papua Yeni Qvineya, Antiqua, Barbuda və Vanuatudur.

Ötən il İran Birləşmiş Millətlərə olan 65 milyon dollardan çox borcunu gecikdirməsi səbəbi ilə səs hüququnu itirib, lakin daha sonra minimum 16 milyon dollar ödəməklə bu hüququ yenidən bərpa edib.

İran hökuməti üzvlük haqqını ödəməməsinin səbəbinin Amerika tərəfindən qoyulan sanksiyalar olduğunu iddia edib.

İran yenidən səs hüququnu bərpa etmək üçün 18 milyon dollardan çox ödəniş etməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button