İran

SİYASİ MƏHBUSLAR ZİNDANI “CƏHƏNNƏM”LƏ MÜQAYİSƏ EDİBLƏR

Aban etirazlarında tutulan və Fəşafuye zindanında cəza çəkən bir qrup siyasi məhbus yaydıqları namədə həmin zindandakı vəziyyəti “cəhənnəm”ə bənzədiblər.
Onlar burada hökm sürən qeyri-behdaşt şəraitinə və koronavirusun yayılmasına işarə edərək, məhkəmə orqanlarının ikili standartlara yol verməsinə və aban məhbuslarının bəlli olmayan vəziyyətdə qalmalarına etiraz ediblər.
Bu namədə siyasi məhbuslar 1398-ci ilin aban ayından bəri zindanda saxlandıqlarını və həbs olunanlara qarşı ikili yanaşmanın şahidi olduqlarını, onlara murəxxəsi verilməsinə bilərəkdən mane yaradıldığını vurğulayıblar.
“Fəşafuye”nin siyasi məhbusları havanın istiləşməsinə və zindanda olan çətinliklərə və məhdudiyyətlərə işarə edərək, buranı cəhənnəmlə müqayisə ediblər.
Habelə, içməli suyun olmaması və yuyunmaq üçün suyun kəsilməsinin bu zindanın əsas çətinliklərindən daha biri olduğu qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button