Dünyaİran

The Telegraph: İran Hizbullaha silah ötürmək üçün Avropa limanlarından istifadə edir

“The Telegraph” İsrail kəşfiyyat xidmətlərindəki mənbəyə istinadən yazır ki, İran Hizbullaha silah tədarükünü təmin etmək üçün Avropa limanlarından istifadə edir.

Qeyd olunur ki, silah və digər mallar Suriyanın Aralıq dənizindəki Latakiya limanına gəmilərlə çatdırılır, onlar daha sonra “marşrutun əsl məqsədini gizlətmək” üçün Belçika, İspaniya və İtaliyadakı limanlarda dayanır. Silahlar Latakiyadan Livana daşınır. Nəşr bildirir ki, silahlar Livanda HƏMAS-yə də ötürülür, eləcə də “Misir və Liviya da daxil olmaqla marşrutlar Qəzzaya HƏMAS-yə silah ötürmək üçün istifadə olunur”.

İsrail Hərbi Hava Qüvvələrinin İraq üzərindən qurudan Suriyanın şimalına çatdırdığı yüklərə zərbələr endirməyə başlamasından sonra İranın dəniz vasitisilə silah daşınmasına keçdiyi vurğulanır.

#İsrail #İran #Hizbullah

Related Articles

Bir cavab yazın

Back to top button