Azərbaycanİran

Urmuda ekoloji problem

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin ortasından keçən Şəhər çayı bölgəyə turistlərin cəlb olunmasında əhəmiyyətli dərəcədə rol oynayır.

Şəhərin içi və şəhər xaricində çayın yaratdığı yaşıllıqlar, təbbi mənzərələr hər il çox sayda yerli və xarici turistin buraya gəlməsinə səbəb olur.

Ancaq son illər çay üzərində qurulan plansız bəndlər Urmu gölünə axıdılan suyun azalması ilə yanaşı çayın Urmu şəhərindən keçən hissəsinin də demək olar ki, quruması ilə nəticələnib.

Bununla yanaşı Urmu bələdiyyəsinin məsuliyyətsiz fəaliyyəti səbəbindən bir zamanlat turistlərin və yerli sakinlərin istirahət yerlərindən biri olan Şəhərçayı ətrafı indi məişət tullantılarının atıldığı və ekoloji problemlərin yaranmasına səbəb olan bölgəyə çevrilib.

Yerli sosial media və ətraf mühit fəalları Şəhərçayının son durumundan foto paylaşaraq əlaqədar dövlət qurumlarına müraciət etsələrdə, ekoloji problemin həlli ilə bağlı heç bir tədbir görülmədiyini yazırlar.

Related Articles

Bir cavab yazın

Back to top button