Dünya

“Britaniya ştammı” Hindistana da keçdi

Hindistanda yeni koronavirus ştammına 6 yoluxma qeydə alınıb.

TASS xəbər verir ki, bu barədə Hindistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, virusa yoluxmuş altı nəfərin hamısı bu yaxınlarda Böyük Britaniyadan qayıdıb: “Britaniyadan qayıdan altı nəfərin nümunələri müsbət olub. Virusun yeni növünə yoluxmuş üç nəfər Banqalor, ikisi Heydərabad, biri Punedə təsbit edilib”.

Qeyd olunub ki, 25 noyabr-23 dekabr tarixlərində Britaniyadan Hindistanın müxtəlif hava limanlarına təxminən 33 min sərnişin gəlib. Koronavirus üçün götürülən nümunələrin 114-ü müsbət olub. Hindistan, yeni koronavirus növünün meydana gəlməsi səbəbindən 23 dekabrdan bəri Britaniya ilə bütün reysləri dayandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button