Dünya

Bayden: “Tramp Amerika-Meksika sərhədində humanitar fəlakət yaradır”

Amerikanın cənub sərhədində hazırkı ölkə başçısı Donald Trampın günahı ucbatından humanitar fəlakət meydana gəlib. Bu sözləri Amerikanın yeni seçilmiş prezidenti Cozef Bayden Uilminqton şəhərində çıxışı zamanı səsləndirib. “Bizə Tramp administrasiyasının cənub sərhədimizdə sistematik şəkildə yaratdığı humanitar fəlakətin nəticələrini aradan qaldırmaq üçün lazımi addımlar atmaq barədə məlumat verilib”, – deyə Bayden bildirib. Onun sözlərinə görə, Meksika ərazisindən Amerikaya gələnlərə qarşı “humanizm və qaydalar çərçivəsində” münasibət göstərilməlidir. Baydenin fikrincə, Amerika rəsmiləri ölkədə sığınacaq tampaq üçün kənardan edilən müraciətləri “təhlükəsiz və sürətli bir şəkildə” həll etməlidirlər. Qeyd edək ki, Tramp immiqrasiya siyasətini sərtləşdirmək və sərhədlərə nəzarəti gücləndirmək üçün bir sıra tədbirlər görüb. O, qeyri-qanuni immiqrasiyanın qarşısının alınmasının və qaçqınların Amerikaya girişinin məhdudlaşdırılmasının lehinə çıxış edib.

Related Articles

Bir cavab yazın

Back to top button