İran

Ramin Sadiqi: “Malların üzərində qiymətlərin yazılması vacibdir”

“Mağaza, satış və paylama mərkəzləri, habelə sinfi vahidlərdə malların üzərində qiymətin yazılması məcburidir”. Bu sözləri Ərdəbil Əyaləti Sənaye, Yataqlar və Ticarət Sazimanın rəisi Ramin Sadiqi deyib. O, bildirib ki, ölkə üzrə “qiyməti yazılmadan almayaq” kompaniyası icra olunur. “ Bu üsulla qiymət artımı və alıcı hüquqlarının pozulmasının qarşısını almaq olar. “Bu durumlara nəzarətlə bağlı əyalətin Əsnaf Otağı, Sənaye, Yataqlar və Ticarət İdarəsi, Hökumət Cəzaları Baş İdarəsi və sinfi birliklər həmkarlıq edirlər. Qiymətlərlə bağlı diqqətsizlik olarsa, qanuna uyğun cəza tətbiq ediləcək. Əhalidən də xahiş edirik ki, üzərində qiyməti olmayan məhsullar almasınlar. Pozuntu müşahidə edilərsə 124 nömrəsi ilə əlaqə saxlasınlar və məsul idarələrə bildirsinlər”,-deyə Sadiqi qeyd edib.
Əyalətin Hökumət Cəzaları Baş İdarəsinin müdiri Əli Rəhimi də məsələyə münasibət bildirib: “İstehlakçıların hüquqlarını himayə yönündə Ərdəbil Əyaləti Sənaye, Yataqlar və Ticarət Sazimanı ilə həmkarlığı artırmışıq. Hədəf zəruri malların qiymət artımının qarşısını almaqdır. Koronavirusla bağlı durum məsul şəxsləri qiymət artımı ilə mübarizədən uzaqlaşdırmamalıdır. Alıcıların hüquqlarının pozulmasına imkan verilməməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button