Azərbaycan

Məsud Pezeşkiyan: “Yanlış siyasət istedadlı insanların ölkədən getməsinə səbəb olub”

Təbrizin İran parlamentindəki millət vəkili və parlamentin Səhiyyə Komissiyasının üzvü Məsud Pezeşkiyan ölkədə istedadlı insanlara və mütəxəssislərə dəyər verilmədiyini deyib.

Parlament və hökumətin yanlış siyasətləri nəticəsində istedadlı şəxslərin ölkədən getdiyini deyən millət vəkili Birləşmiş ərəb Əmirlikləri kimi ölkələrin bu şəxsləri mənimsədiklərini söyləyib.

“Bu acı bir həqiqətdir ki, hazırda ölkənin elm və iqtisadiyyat sahəsində olan mütəxəssisləri İranı tərk edirlər. Xüsusilə mütəxəssis həkimlərin mühacirəti şiddətli səviyyədə artıb”-deyə, Pezeşkiyan bildirib.

O, İranda Universitet müəllimlərinə verilən əmək haqqının az olduğunu, başqa ölkələrdə həmin müəllimlərə bir neçə dəfə artıq əmək haqqı təklif edildiyi halda onların İranda qalmasının mümkün olmadığını söyləyib.

Millət vəkili bununla yanaşı istehsal və iqtisadiyyat sahəsində də yürüdülən yanlış siyasətlər və yüksək vergi tətbiqi səbəbindən sərmayəçilərin ölkəni tərk etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button