İran

İran metal birləşməli uranium istehsal etməyə başlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Ajansın baş müdiri Rafael Qrossi bəyan edib ki, İran uraniumun filiz birləşməsinin tolidinə başlayıb. Bu barədə “Associated Press” bilgi yayıb. Ajansa üzv dövlətlərin nümayəndələri ilə görüşdə Qrossi bildirib ki, 8 fevriyədə ajansın müfəttişləri İsfahan şəhərindəki müəssisədə az miqdarda – 3,6 qram filizli uranium tolid edildiyini təsdiq ediblər. Ajans eləcə də, filiz birləşməli uraniumun atom bombası tolidində istifadə edilə biləcəyini xatırladıb. Qeyd edək ki, İran məclisi Möhsün Fəxrizadənin öldürülməsinə cavab olaraq bir sıra tədbirlərin görülməsini, o cümlədən filiz uraniumu toolidi karxanasının açılmasını istəyən qanunu təsvib edib. İran ötən ilin desambrında bir təhqiqat reaktoru üçün filiz uraniumu yanacağı toolid etməyi planlaşdırması barədə Beynəlxalq Atom Enerjisi Ajansına bilgi verib.
Amerikanın ittilat ajansı və Beynəlxalq Atom Enerjisi Ajansı hesab edir ki, İran 2003-cü ildə dayandırdığı gizli atom silahı proqramına sahibdir.

 

Related Articles

Bir cavab yazın

Back to top button