Azərbaycanİran

İran parlamentində Azərbaycana qarşı təhdid- Zərbə endirilsin

İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra İranda Azərbaycana qarşı təhdid səsləndirib.

İsrailin Dəməşq şəhərində İranın konsulluğuna zərbə endirməsundən sonra Təl-Əvivə qarşı səsləndirilən təhdidkərdə Azərbaycanın da adı çəkilir.

Bu qəbildən olan çıxışlardan biri Iran parlamentin üzvü Calal Rəşidi Kuçi tərəfindən edilib.

O, İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyinə hücum etməyi təklif edib.

“Sionist rejimin İran torpağına hücumuna qəti cavab verməkdə tərəddüd və səbr etmək, İranın izzət və abırısına ağır zərbədir. Təklif edirəm ki, cavab olaraq bu ölkənin qonşu ölkələrdəki iplomatik mərkəzlərindən birinə, əsasən Azərbaycandakı nümayəndəliyinə zərbə endirilsin”,- Kuçi teklif edib.

Qeyd edək ki, İsrailin müdafiə ordunun Dəməşqdə İran konsulluğuna etdirdiyi zərbə nəticəsində 7 SEPAH komandiri həlak olub.

Related Articles

Bir cavab yazın

Back to top button