İran

İranda ordu ilə “Sepah” arasında gərginlik artır: Ordu komandanı “Sepah” komandanına birləşmək təklif edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandanı Hüseyn Salami ordu günü münasibətilə ordunun baş komandanı ilə görüşündə onun üçün xoş olmayan təkliflə qarşılaşıb.

“Aznews tv”xəbər verir ki, Salami rəhbərlik etdiyi hərbi birləşmə ilə ordu arasında yaxşı münasibətlərin olduğunu, lakin adını çəkmədiyi “düşmənlər”in onlar arasında ixtilaf yaratmağa çalışdığını iddia edib.

Bu zaman ordunun baş komandanı, general Əbdürrəhim Musəvi “Sepah” komandanı Hüseyn Salamiyə ordu ilə “Sepah”ı birləşdirmək və bu yöndə mexanizm hazırlamağı təklif edib. Lakin Salaminin bu təklifə müsbət cavab verməsinə dair heç bir məlumat yayılmayıb.

Qeyd etmək lazımdır ki, İran hökumətinin “Sepah” ayırdığı büdcə orduya ayırdığından təxminən 100 dəfə çoxdur. Eləcə də “Sepah”a hökumət tərəfindən verilmiş böyük iqtisadi imtiyazlar onun hər il milyardlarla dollar gəlir əldə etməsinə şərait yaradır. Bu məsələ İran ordusu tərəfindən narahatlıqla qarşılanır və uzun illərdir iki hərbi qurum arasında soyuq münasibətlər müşahidə edilir. Bu səbəbdən həmin imtiyaz və büdcədən faydalanmaq üçün ordu “Sepah”la birləşməyi üstün tutur.

Related Articles

Bir cavab yazın

Back to top button