İran

Milli fəal Cəfər Rüstəmi-Rad yenidən həbsxanada

Milli fəal Cəfər Rüstəmi-Rad koronavirus mərizliyi səbəbiylə mürəxəsiyə çıxmışdı. Müddəti bitdikdən sonra yenidən Evin zindanına qayıdıb.
Xatırladaq ki, fəal 1397-ci ilin tir ayında Babək qalasının qurultayında iştirak etməsi şübhəsi ilə Tehranın əmniyyəti qüvvələri tərəfindən iş yerində tutuqlanıb.
O, Tehran dadqahının 26-cı şöbəsi tərəfindən “Rejimə qarşı təbliğat” aparmaq ittihamı ilə 6 ay həbsə məhkum edilib.
Azərbaycanlı fəal eləcə, təkm:ili cəza olaraq “2 il müddətinə siyasi cəmiyyət və quruplarda üzv olmaqdan məhrum edilib”.
Bildirək ki, Cəfər Rüstəmi-Rad Tehran İnqilab Məhkəməsinin çıxardığı 6 aylıq həbs cəzasını başa vurub. Daha sonra “Traxtur”-“Əlcəzair” oyunu zamanı Təbrizdəki Səhənd Stadiomunda iştirak etdiyinə görə niyabəti hökmlə 7 aylıq həbsini çəkməkdədir.

Related Articles

Bir cavab yazın

Back to top button