Azərbaycanİran

Güneyli məhbus gəncin həyatı təhlükədədir

Kərəcin Qızılhisar həbsxanasında saxlanılan 25 yaşlı güney azərbaycanlı gənc Milad Armunun barəsində məlumat əldə etmək olmur.

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, aprelin 30-da başqa 3 məhbusla birgə naməlum yerə aparılan miladın harada saxlanıldığı barədə ailəsinə məlumat verilmir.

Bu, onun yaxınlarının gəncin həyatının təhlükədə olduğu barədə narahatlıqlarını artırıb.

Qeyd edək ki, Xiyav (Meşkin) şəhərinin Qoşa kəndindən olan Milad Armun 2022-ci ilin sentyabr ayında ümumi etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilib.

O və başqa 3 gənc Arman Əliverdi adlı hökumət məmurunun öldürülməsində ittiham günahlandırılıb.

Milad Armun həbs edildiyi vaxt və ondan sonrakı dövrdə davamlı işgəncələrə məruz qalıb.

Güney azərbaycanlı gənc barəsində irəli sürülən qətl ittihamının saxta olduğunu, bu işdə əli olmadığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button