Dünyaİran

Amerikanın İsraildəki səfiri İranın nüvə proqramı ilə bağlı: Bütün variantlar hələ də masadadır

Co Baydenin Yaxın Şərqə səfəri ərəfəsində Amerikanın İsraildəki səfiri Tomas Nides deyib ki, İranın nüvə məsələsinin diplomatik yolla həllinə nail olunmasının vacibliyinə baxmayaraq, hələ də bütün variantlar masadadır.

Bu barədə iyulun 10-da İsrail mediasına açıqlama verən Nides İranın atom bombası əldə etməyə yaxın olduğunu vurğulayaraq bildirib ki, bütün bunlarla yanaşı, Co Baydenin sözlərinə görə, Amerika İranla nüvə razılaşmasına nail olmaq üçün “terror təşkilatları” məsələsində güzəştə getməyəcək.

Səfirin yuxarıda qeyd etdikləri Amerikanın nüvə razılaşmasının dirçəldilməsi üçün İranın danışıqlar qrupunun şərtlərindən biri kimi SEPAH-ın adının terror təşkilatları siyahısından çıxarılması ilə bağlıdır.

Amerika hökumətinin bu şərtlə razılaşmaması isə İranla Qərb dövlətləri arasında yekun razılaşma əldə edilməsində əsas maneəyə çevrilib.

Related Articles

Bir cavab yazın

Back to top button