Azərbaycan

Azərbaycanın “Hizbullah”ları təşviş içindədirlər – VİDEO-FAKT

İranın Azərbaycan üçün hazırladığı “legionerlər” onlara bəslənən ümidləri doğrulda bilməyiblər.

Ovqat.com-un məlumatına görə, ötən il iyul ayında Gəncə icra başçısına qarşı törədilmiş sui-qəsdlə ölkəmizdə qarışıqlıq yaratmağa cəhd edən İrana bağlı qüvvələr polis və təhlükəsizlik xidməti əməkdaşlarının sayıqlığı nəticəsində öz hədəfinə çata bilmədilər. Baxmayaraq ki, ondan bir gün əvvəl Mingəçevirdəki ölkənin ən böyük elektrik stansiyası sayılan Azərbaycan İES 6-cı enerji blokunda partladılmış və Azərbaycan qaranlığa qərq olmuşdu. Ertəsi gün Gəncə icra başçısı Elmar Vəliyev sui-qəsdə məruz qalmışdı. Bu təxribat planını hazırlayanlar yerli zülmə qarşı xalqın ayağa qalxacağını düşünsələr də, gözləntiləri boşa çıxmışdı. Üzərindən bir həftə keçəndən sonra Gəncədə etiraz aksiyası düzənləyən İrana bağlı qruplar polislə qarşıdurmalara getmiş və 2 yüksək rütbəli polisi qətlə yetirmişdilər. Törədilən təxribatların qarşısı alınmış, bu da İrandakı azərbaycanlı legionerlərin öz ağaları qarşısındakı nüfuzunu itirməsiylə nəticələnmişdi.

Qeyd edək ki, hadisədən bir müddət əvvəl ABŞ-ın məşhur media orqanları Bakı-Ceyhan və digər beynəlxalq enerji xətlərinin keçdiyi Gəncə keçidində təxribatların ola biləcəyini və bunun Azərbaycanın iqtisadiyyatını iflic vəziyyətə salmaq niyyəti daşıdığını xəbər vermiş, bir növ, rəsmi Bakını öncədən məlumatlandırmışdı. Dolayısıyla Azərbaycanın əks-kəşfiyyat orqanları və polisləri də bu təxribatın qarşısını almaq üçün hazır vəziyyətə gətirilmişdi. Planın baş tutmamasında bu amilin də mühüm rol oynadığı bildirilir.

Məlumata görə, Azərbaycan “Hizbullah”larının bu bacarıqsızlığı nəticəsində İran rəsmi dairələri Qafqazda islam inqilabının hələ yetişmədiyini və “legioner”lərin tələsdiyini düşündüklərindən ölkəmizlə bağlı siyasətlərini də dəyişiblər. Xüsusilə ABŞ-ın sanksiyalarından ciddi zərər çəkən rəsmi Tehran Azərbaycanla dinc qonşuluq siyasətinə qayıtmağı daha rasional hesab edir. Yaxın zamanlarda İrandakı “legioner”lərin Azərbaycana təhvil verilməsi ehtimalı da var və bu ehtimal radikal “islamçı” qrupları da ciddi narahat edir.

İranın Azərbaycana qarşı ideoloji mübarizəsində əsas fiqurlardan sayılan ilahiyyatçı Orxan Məmmədovun 3 gün öncəki çıxışı da bu ehtimalı qüvvətləndiir. O.Məmmədov açıq şəkildə İrandakı bəzi dairələrin Azərbaycana qarşı siyasətlərini dəyişdiyini və “dinc qonşuluq” şəraitinə keçildiyini etiraf edərək bunu pisləyir. İlahiyyatçının fikrincə, İran İsraillə əməkdaşlıq edən Azərbaycana qarşı daha sərt siyasət yürütməlidir.

İrandakı “bəzi dairələr”in mövqeyindən narazlığını bildirən sapı özümüzdən olan “balta”nın həmin çıxışını təqdim edirik:

Qeyd edək ki, Gəncə hadisələrində İran “legionerlərinin” barmağının olduğunu özləri də gizlətmirlər. Ötən ay “legionerlər”dən biri Musa Əsədzadənin video-çıxışı bunun ən bariz sübutudur. Açıq şəkildə “Azərbaycanda Yunis Səfərovlar az deyil” sözləri ilə rəsmi Bakını növbəti terror hadisəsilə təhdid edən Musa Əsədzadə konkret ünvan da göstərmişdi.

“İstər zindanın rəisi, Fikrət, bilmirəm, nəyev olsun, istər onların arxasında dayanan güclər olsun, xatırlasınlar ki, bu ölkədə Elmar Vəliyev məsələsi təcrüb olunub. Elmar Vəliyev də o xülyaya qapılmışdı ki, mənim arxamda elə bir güc dayanıb ki, heç kim mənə bata bilməz. Bu ölkənin, yadınızda saxlayın, Yunis Səfərov kimi qəhrəman övladları var. Onlar meydana çıxanda arxanızda nə İsrail dayana biləcək, nə də ki söykəndiyiniz hakimiyyət”, deyən “legioner”in familiyasını xatırlamadığı adamın Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov olduğu aydın idi.

Related Articles

Bir cavab yazın

Back to top button