İran

Qərbi Azərbaycanda təhsil sahəsində mövcud problemlər

“Qərbi Azərbaycan əyalətində Fərhəngian danişqahı üçün daha çox səhmiyyə və istixdam payı ayrılmalıdır”. Bu barədə Qərbi Azərbaycanın ustandarı Məhəmməd Mehdi Şəhriyari açıqlama verib.
O, dey ayının 8-də təhsil vəziri ilə görüşü zamanı bildirib: “Qərbi Azərbaycanın təhsil bölümü ehtiyac duyulan insani qüvvə ilə təmin olunmalı, habelə altquruluşları gücləndirilməlidir. Urmu, Xana və Çaldıranda təhsil məkanlarının azlığı səbəbindən dərs klaslarında sıxlıq yaşanır. Fərhəngian danişqahında yer azlığı və işə qəbul məhdudiyyətlərinin tətbiqi kimi məsələlər həll olunmalı müşküllərdir”. Şəhriyari şagird orduqahlarının, müşavirə mərkəzlərinin çoxaldılması və təchiz olunması məsələsinə də toxunub. Bildirib ki, əyalətin təhsili üçün gərəkən etibarların təmini mövcud durumu yaxşılaşdıra bilər. Özəlliklə onlayn təhsillə bağlı məsələlər həll olunmalıdır. Ancaq bu üsulla ölkə üzrə orta həddə çatmaq mümkündür. Qeyd edək ki, təhsil vəziri müşküllərin həlli yönünüdə işlərin görüləcəyini bildirib.
Bildirək ki, Qərbi Azərbaycanda 35 min müəllim, 622 min şagird və 5080 mədrəsə var.

Related Articles

Bir cavab yazın

Back to top button