İran

İranın 200 milyonluq təyyarəsinə ciddi ziyan dəyib

İranda uzaq məsafəli uçuşları gerçəkləşdirən “Airbus” sərnişin təyyarəsi zədələnib.

Bu haqda məlumatı “Kən Nyuz” xəbər agentliyi verib.

Dünən, iyulun 27-si “Homa” İran İslam Respublikası Hava Yollarına məxsus “A300 Airbus” sərnişin təyyarəsi xəsarət alıb. Təyyarə periodik yoxlama məqsədilə Tehranın Xomeyni adına Hava Limanında anqara aparılarkən təyyarənin qanadı anqarın girişinə toxunub. Nəticədə hava gəmisinə ciddi ziyan dəyib.

Qeyd edək ki, bu növ enligövdəli təyyarələrdən İranın istifadəsində yalnız 3 ədəd qalıb. “A300 Airbus” sərnişin təyyarəsinin dünya bazarında qiyməti 200 milyon dollardır.

Fransanın 300 seriyalı “Airbus” təyyarələri 1972-ci ildən 2007-ci ilədək istehsal olunub.

#İran #qeza

Related Articles

Bir cavab yazın

Back to top button