İran

Körfəz Əməkdaşlıq Şurası İranın raket proqramının atom danışıqlarına salınmasını istəyir

Körfəz Əməkdaşlıq Şurası 16 juən, çərşənbə günü İranın atom və raket proqramları məsələsini, habelə bu ölkənin sabitliyi pozan davranışını bir-birindən ayırmağın “təhlükəli” olacağını bildirib.
Şuraya üzv ərəb dövlətləri Ərəbistanın paytaxtı Riyazda keçirilən toplantıda dünya güclərini Viyən atom danışıqlarında bu məsələlərə diqqət yetirməyə çağırıblar.
Körfəz Əməkdaşlıq Şurasının xarici işlər baxanları açıqlama yayaraq dünya dövlətlərini İranla anlaşma imzalamağa çağırıblar ki, Tehrana qarşı daha sərt məhdudiyyətlər nəzərdə tutsun və daha uzun müddətə davam etsin.
Açıqlamada silah rəqabətinə və getdikcə artan bölgəsəl münaqişələrə son qoyulması üçün əməli addımların atılması ilə bağlı razılaşma tələb edir.
Sözügedən açıqlama İranı ciddi danışıqlar aparmağa və gərginlikdən çəkinməyə çağıraraq bildirir ki, atom proqramını raket proqramından ayırmaq və eləcə də İranın bölgədəki yaraqlılara dəstək verməsi “təhlükəli”dir.

Related Articles

Bir cavab yazın

Back to top button