İran

​​Tanınmış iqtisadçı: “İranda ötən 8 il ərzində məşğulluq faizi sıfır olub

"Ötən 8 il ərzində İranda işlə məşğulluq faizi sıfır olub. Bu, bir faciədir", - bunu İranın Xarəzmi Universitetinin İqtisadiyyat Fakültəsinin dosenti, tanınmış iqtisadçı Vəhid Şaqaqi Şəhri deyib.

Vəhid Şaqaqi Şəhri İran iqtisadiyyatında anormal durumun yarandığını bildirib:

“Fürsətləri və vaxtı itirsək, bizim dünya ilə aramızda sivilizasiya çatı daha kəskin və daha çox olacaq. İranın iqtisadiyyatı 50 ildir ki, ancaq neftlə qidalanır. Bu müddətdə 1,5 trilyon barrel neft satılıb. Lakin bunun müqabilində rəqabətə dözümlü olmayan, özəl əvəzinə dövlətə bənzər bir iqtisadiyyat qazanmışıq.

Biz 2010-cu ilədək iqtisadi güc baxımından Türkiyə və Səudiyyə Ərəbistanı ilə eyni idik. Lakin onlarla bizim aramızda çat çox artıb.

Hazırda Türkiyə iqtisadiyyatı bizimkindən 2 qat güclüdür. Ərəbistan isə 30-40% bizdən irəli düşüb. Bunun səbəbi İrana qarşı sanksiyalardır. İran iqtisadiyyatına investisiya olunmadı, belə ki, sanksiyalarla uğraşırıq, ona görə də qonşu ölkələr irəlilədir”.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button