İran

İran məclisinin sabiq sədr müavini: “Rusiya İrana qarşı sanksiyaların qüvvədə qalmasını istəyir”

"Aznews tv"xəbər verir ki, bu sözləri İslam Şurası Məclisinin keçmiş sədr müavini Əli Mütəhhəri deyib.

“Rusiyanın İran İslam Cümhuriyyətinin hakimiyyəti daxilində nüfuzu elə yüksəkdir ki, hətta tarix kitablarından belə bu ölkənin ziyanına olan bəzi tarixi həqiqətlər çıxarılıb.”

“Aznews tv”xəbər verir ki, bu sözləri İslam Şurası Məclisinin keçmiş sədr müavini Əli Mütəhhəri deyib.

O, Rusiyanın atom danışıqları ilə bağlı yürütdüyü siyasəti “mərdlikdən” uzaq adlandıraraq əlavə edib ki, rəsmi Moskva Ukrayna problemini həll etməkdə fürsət kimi istifadə etmək üçün İrana qarşı sanksiyaların ləğv edilməməsini istəyir.

“Rusiya Ukraynaya hücumundan sonra Qərblə İran arasında atom razılaşması ilə bağlı gərginlikdən Ukrayna məsələsində öz mənafeyinə uyğun istifadə etmək istəyir və düşünür ki, atom razılaşması canlandırılarsa, başda Amerika olmaqla Qərb bu mühüm məsələni həll edib bütün diqqətini Ukraynaya yönəldəcək”, – deyə Mütəhhəri fikrini tamamlayıb.

Xatırladaq ki, İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif də 2021-ci ildə yayılmış səs yazısında Rusiyanın İrana qarşı siyasətini tənqid etmişdi. O bildirmişdi ki, “Sepah”ın “Qüds Qüvvələri”nin komandanı Qasım Süleymani Rusiya ilə İranın birlikdə atom razılaşmasında əldə etdiyi “uğurları” məhv etmək yolunda birgə hərəkət edib.

Related Articles

Bir cavab yazın

Back to top button