Azərbaycan

Bazərqan gömrüyündə tarixi əşyalar aşkar edilib

Qərbi Azərbaycan əyalətinin məhkəmə sisteminin başçısı Nasir Ətəbati əyalətin Türkiyə ilə gömrük məntəqəsi Bazərqanda tarixi əşyaların aşkar edildiyini deyib.

O, bu barədə mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, minik avtomobilində gizlədilən dəyərli tarixi əsərlərin qaçaqmalçılıq yolu ilə ölkədə çıxarılması planlaşdırılıbmış.

Ətəbati saxlanılanların sayı və kimliyi barədə məlumat vermədən Makı şəhərinin prokurorunun iştirakı ilə onların barələrində cinayət işinin açılması üçün məhkəmə orqanlarına təhvil verildiklərini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button