Dünya

İsrail Baş Qərargah rəisi: “Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq”

“Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq”. “The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Hertsi Halevi deyib.

Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu döyüş təyyarələri sayəsində Yaxın Şərqin istənilən yerinə çata bilir.

H.Halevi bildirib ki, İsrail Müdafiə Ordusu HƏMAS qüvvələrinə, o cümlədən komandirlərə ağır zərbələr endirir.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu ilin oktyabrın 7-də başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button