Dünya

Terror aktından sonra Moldovada təhlükəsizlik tədbirləri gücləndirilib

Moldova hakimiyyəti Kişineu hava limanında baş vermiş terror aktından sonra ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Bunu ölkənin Baş naziri Dorin Reçan bildirib.

Dövlət qurumları səfərbər edilib və həyəcan siqnalı verilib.

Sərhəd polisinin rəhbəri Rosian Vasiloi də hava limanında əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

O, bildirib ki, xidməti vəzifəsini yerinə yetirərkən həlak olan sərhədçi Sergey Muntyanın dəfni üçün bütün xərcləri polis öz üzərinə götürəcək. Ölən ikinci şəxs hava limanının təhlükəsizlik işçisi İqor Çofudur.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Bu arada Kişineuda hava limanında atəş açan şəxsin kimliyi müəyyənləşib.

Atəş açan şəxs Tacikistan və Rusiya vətəndaşlığı olan 43 yaşlı Rüstəm Aşurovdur.

Qeyd olunur ki, Aşurov buna qədər İnterpol xətti ilə axtarışda olub. Hücum zamanı isə o, hazırda axtarışa verilən iki nəfərin yanında olub.

Aşurov hazırda mühafizə altında xəstəxanada ağır vəziyyətdədir. Onu ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır. (report)

Related Articles

Bir cavab yazın

Back to top button