Dünya

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

ABŞ Ukraynaya növbəti 325 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.

Bu barədə Ağ ev və ABŞ Müdafiə Nazirliyinin məlumatlarında bildirilib.

ABŞ-nin yeni yardım paketinə əlavə HIMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tankəleyhinə idarə olunan TOW raketləri, AT-4 tankəleyhinə sistemlər, tankəleyhinə minalar və maneələri aradan qaldırmaq üçün dağıdıcı sursatlar daxildir.

Bundan əlavə, yardıma doqquz milyondan çox atıcı silah sursatı, dörd ədəd maddi-texniki təminat avtomobili, yüksəkdəqiqlikli aviasiya hərbi sursatları, nəqliyyat vasitələrinə texniki xidmət və təmir üçün sınaq və diaqnostika avadanlığı, liman təhlükəsizliyi avadanlığı, ehtiyat hissələri və digər sahə avadanlığı daxildir.

Hərbi yardım paketi Prezidentin Silahların Azaldılması Təşəbbüsünün bir hissəsidir və ABŞ liderinə fövqəladə hallarda amerikan ehtiyatlarından silah ötürməyə imkan verir. (report)

Related Articles

Bir cavab yazın

Back to top button