İran

İranda cəmiyyət artımı sıfıra yaxınlaşır

Bu durum davam edərsə yaxın 30 ildə İranda cəmiyyət artımı dayanacaq.

Demoqraf doktor Şəhla Kazemipur İranda doğuşun artırılması üçün siyasət qəbul edilməsə və ya mövcud siyasətlər lazım olduğu kimi həyata keçirilməsə, İranda cəmiyyət artımının yaxın 25-30 il ərzində sıfıra enə biləcəyi barədə xəbərdarelıqü edib.

O, İranda əhalinin artım tempinin aşağı düşməsinin təhlükəli səviyyəyə çatdığını və bunun qarşısının alınması üçün daha əhatəli tədbirlərin görülməsinin vacibliyini bildirib.

Qeyd edək ki, bir müddətdir Əli Xamneyinin göstərişi ilə çoxuşaqlılığın təbliği ilə bağlı xüsusi kampaniya başladılıb və bütün cümə imamları, məsul şəxslər bu yöndə fəaliyyətə cəlb olunublar.

Bununla yanaşı azyaşlıların evləndirilməsi ilə bağlı müxtəlif kampaniyalar başladılıb və erkən yaşda evlənənlərə xüsusi imtiyazlar, kreditlər verməklə yeniyetmələri evlənməyə həvəsləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button