İran

İranda SEPAH-a məxsus qırıcı qəzaya uğrayıb

İranda SEPAH-a məxsus qırıcı qəzaya uğrayıb. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinə məxsus təyyarə təlim uçuşu yerinə yetirərkən texniki nasazlıqla üzləşib və pilotların səyi ilə yaşayış olmayan əraziyə düşüb.

Hormozqan əyalətində baş verən hadisədə təyyarə yerə çırpıldıqdan sonra partlayıb.

Məlumatda pilotun katapult edərək qəzadan sağ çıxdığı bildirilir.

Qeyd edək ki, bu son iki ayda 4-cü belə qəzadır və bundan öncə Fars və İsfahan əyalətlərində ayrı-ayrı günlərdə F-7 və F-14 tipli qırıcı təyyarələr qəzaya uğrayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button