İran

Zahidanda öldürülənlərin 40 mərasiminin keçirilməsinə çağırış edilib

Etnik bəluçların yeni etiraz dalğalarının başlanması gözlənilir.

Noyabrın 8-də İranda etiraz aksiyalarının keçirildiyi, öyrəncilərin tətil aksiyalarını davam etdirməsi ilə eyni vaxtda, Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində öldürülən etnik bəluçların izdihamlı 40 mərasiminin keçirilməsinə çağırışlar edilib.

Müxtəlif qurumlar, bəluç fəallar, Universitet öyrənciləri ilə yanaşı Təbriz Məhəllələrinin Gəncləri də bildirişlər yayaraq noyabrın 9-da Zahidanda öldürülən onlarla sünni məzhəbli etnik bəluçun 40 mərasiminin keçirilməsinə çağırıblar.

Qeyd edək ki, bundan öncə sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button