Azərbaycanİran

Molla rejiminin həbs etdiyi Elham Cavanşir dindirildikdən sonra sərbəst buraxılıb

Dünən Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən azərbaycanlı siyasi məhbus Əli Babaeinin həyat yoldaşı Elham Cavanşir bir neçə saatlıq sorğu-sualdan sonra dünən axşam saatlarında sərbəst buraxılıb.

Təbriz Şəhər Kəşfiyyat İdarəsinin əməkdaşları onun telefon nömrəsini qeyd etdikdən sonra bildiriblər ki, o, artıq həyat yoldaşının və digər azərbaycanlı siyasi məhbusların statusu barədə virtual şəbəkələrdə məlumat verməməlidir.

Qeyd edək ki, Elham Cavanşirin əri Əli Babaei iki aya yaxındır ki, İslam Respublikası İnformasiya Nazirliyinin nəzarətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button