Dünyaİran

İran Türkiyə-İsrail münasibətlərinin pozulmasından məmnundur

“İran tərəfi Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırmasını yüksək qiymətləndirir”.

Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə-İsrail münasibətlərində yaranan məsələ ilə bağlı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Qambiyada keçirilən 15-ci sammitində danışıb.

Türkiyəli həmkarı Hakan Fidanla görüşən H. Abdullahian bildirib ki, hazırkı şəraitdə bu, son dərəcə vacib addımdır.

İranın baş diplomatı ölkəsinin İsrailə qarşı hərbi xarakterli cavab tədbirlərinə də toxunub. Onun sözlərinə görə, bu addım istənilən ölkənin özünümüdafiə hüququ kimi anlaşılmalıdır.

Hakan Fidan isə qeyd edib ki, rəsmi Tehranla regional və beynəlxalq platformalarda əməkdaşlıq ölkəsinin əsas prioritetlərindən biridir. İsrail-Fələstin münaqişəsinə toxunan Türkiyəli nazir İKT-yə üzv ölkələrin bu məsələnin nizamlanmasındakı rolunun vacibliyini vurğulayıb.

Tərəflər həmçinin ikitərəfli razılaşmaların reallaşması, müxtəlif sahələrdə əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Türkiyə hökuməti bir neçə gün əvvəl İsraillə ticarət əlaqələrinin məhdudlaşdırılmasına qərar verib.

Related Articles

Bir cavab yazın

Back to top button