Dünya

Qəzzada ölənlərin sayı 12 min nəfəri keçib

Fələstində gərginlik artmağa başlayandan bəri Qəzza zolağında 12,3 mindən çox insan İsrailin hücumlarının qurbanı olub.

Bu məlumatı Qəzza hökumətinin mətbuat xidməti yayıb.

“İsrailin bombardmanları və atəşi nəticəsində ölənlərin sayı 12,3 mini ötüb, onlardan 5 mindən çoxu uşaq və yeniyetmə, 3,3 mindən çoxu qadınlardır”, – mətbuat xidmətinin Facebook səhifəsində dərc etdiyi bəyanatda deyilir.

Hesabat dövründə sektorda 30 mindən çox insan xəsarət alıb ki, onların da ən azı 75%-i uşaq və qadınlardır. İsrailin bombardmanları zamanı uçan binaların dağıntıları altında 6 mindən çox adam itkin düşmüş hesab olunur.

Related Articles

Bir cavab yazın

Back to top button