Azərbaycanİran

Negin Kiyani Təbriz Mərkəzi Həbsxanasından azad oldu

Vəkil və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü Negin Kiyani məhkəmə prosesinin sonuna qədər zaminə buraxıldıqdan sonra 22 Aban 1401-ci il bazar günü Təbriz Mərkəzi Həbsxanasından azad edilib.

Vəkil Məhəmməd Hadi Cəfərpur öz Twitter hesabında yazıb: Negin Kiyani bir neçə həftəlik həbsdən sonra öz evinə qayıtdı.Bura vaxta qədər bu azərbaycanlı vəkilə qarşı irəli sürülən ittihamla bağlı ətraflı məlumat yoxdur.

Qeyd edək ki, Sina Yousefi, Əmir Mehdipur və Qasım Bodi , o cümlədən digər azərbaycanlı vəkillər də bu il Mehrin 23-də, şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən bu yaxınlarda həbs olunanların “müdafiə komitəsi”nin yaradılması ilə əlaqədar həbs edilib. Qasim Bodi Bunab hazırda Təbrizin mərkəzi həbsxanasında saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button