Dünyaİran

Caqaryan: İranla silah alverinə heç bir mane yoxdur

“İlin sonunadək Rusiya ilə İran arasında ikitərəfli ticarətin həcmi 2 milyard dolara çata bilər”.

Bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan “İRNA” xəbər ajansına müsahibəsində deyib.

Onun sözlərinə görə, koronavirusun yayılmasına baxmayaraq, son aylar iki ölkə arasında varidat və sadiratın həcmi artıb: “Bu gedişat davam edərsə, ilin sonunadək ölkələr arasında ticarətin həcmi 2 milyard dolara çatacaq”.

Caqaryan bildirib ki, Rusiya İrana uluslararası hüquqa uyğun olaraq silah satmağa hazırdır.

Bildirək ki, İran hökuməti birinci və ikinci Qarabağ savaşında Rusiyadan Ermənistana göndərilən çeşidli silah və nizami təchizatın İrəvana çatdırılmasında fəal rol oynayıb. Rusiyanın nizami KAMNAZ markalı maşınlarının Ermənistanla Norduz sınırına gətirilməsini sübut edən çoxsaylı görüntülər və videolar yayılıb. Güney Azərbaycanda milli-mədəni fəallar buna etiraz edərək sözügedən təchizatın daşınmasını dayandırılmasında, etiraz mitinqi ilə İran hökumətindən Norduz sinirini bağlamasını istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button