Azərbaycanİran

İran Azərbaycanla sərhədə əlavə qoşun yığır

İran rejimi Azərbaycanla sərhədə yenidən canlı qüvvə və hərbi texnika toplayıb. SEPAH-ın "Teleqram" kanalı Azərbaycan dövlətini həyasızcasına “Bakı Respublikası” adlandıraraq, Araz çayı üzərində kəşfiyyat uçuşu həyata keçirən İran helikopterinin apardığı çəkilişin görüntülərini paylaşıb.

Videoda İran ərazisindən sərhədə doğru hərbi texnikanın daşınması da aşkar görünür.

Paylaşımda qeyd edilib: “Teleradio və Yayım Təşkilatının təhlükəsizlik və hərbi müxbiri Yunis Şadlu bu görüntüləri dərc edərək yazıb ki, İran açıq şəkildə İslam Respublikası ilə region ölkələrinin sərhədlərinin dəyişdirilməsi cəhdinin qarşısını alacağını bəyan edib.

Araz çayı İranın Ermənistan və “Bakı Respublikası” ilə ümumi sərhədində yerləşir ki, bu da həmin çayın şimalındakı ölkələr üçün açıq xəbərdarlıqdır”.

Related Articles

Bir cavab yazın

Back to top button