İran

İranda “Qadınlara qarşı şiddətə qadağa” layihəsi qəbul edilib

İranın dövlət heyəti “Qadınlara Qarşı Şiddətə Qadağa” tərhini təsvib edib. Belə ki, dövlət heyətinin bu barədə toplantısı İran prezidenti Həsən Ruhaninin rəyasəti ilə dey ayının 14-ü keçirilib. Tərh 5 bölümdən – anlayışlar, ümumi hədəflər, qanunun icrasına nəzarət, icra dəstqahlarının vəzifələri, cürm və cəza fəsillərindən ibarətdir.

Sənəddə 58 maddə göstərilib. Tərhə əsasən, qadınların cinsi zorakılığa məruz qalması, onun cisminə, rəvanına və ya şəxsiyyətinə, heysiyyətinə, qanuni hüquq və azadlıqlarına müdaxilə şiddət sayılır. Layihədə bildirilib ki, “ailə başçısı olan qadına ödənilməli diyə fərqi, kişilər üzrə diyəyə bərabər olaraq beyt-ül-maldan ödəniləcək”.

İran Prezidenti Yanında Qadınlar və Ailələrin İşləri üzrə müavin Məsumə İbtikar öz tvitter səhifəsində qanunun qəbul edildiyini bildirib.

Xatırladaq ki, İnsan Haqları Didbanı bu ilin azər ayının ortalarında İran hökumətindən “Qadınlara Qarşı Şiddətə Qadağa” layihəsinin təsvib edilməsini istəyib. Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının qadınlara qarşı hər hansı təbizin qaldırılması konvansionuna qoşulmayan ölkələrdən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button