Azərbaycan

Türk Şurasının işçi qrupunun iclası keçirilib

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya ilə media üzrə məsul baxanlarının və yüksək vəzifəli m’qamlar;n;n 3-cü toplantısına hazırlıq məqsədilə işçi qrupunun 8-ci toplantısı keçirilib. Toplantıda başqa məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və uluslararası səviyyədə bilgiləndirmənin artırılması yönündə fəaliyyətin gücləndirilməsi, bilgi və media sahəsində 2021-2022-ci illərdə Fəaliyyət Planı, türkdilli dövlətlərin tarixlə mədəniyyətlərinin hünəri, bəlgəsəl filmlərin çəkilişi, media uzmanları üçün təlim kurslarının, mübadilə proqramlarının gerçəkləşdirməsi kimi məsələlər danışılıb. Toplantıya başçılıq edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş dəbirinin müavini Qismət Gözəlov öncə Azərbaycanı Vətən savaşındaki uğuruna görə təbrik edib. O bildirib ki, Türk Şurası türkdilli ölkələr arasında media sahəsində münasibətlərin gəlişdirilməsini istəyir. Daha sonra çıxış edən Türkiyə Prezident dəftərinin sorumlusu Ömər Faruk Tanrıverdi Azərbaycanı Vətən savaşında qazandığı uğura görə təbrik edib. O bu il bir sıra Türkdilli ölkələrin müstəqilliyinin 30 illiyinin tamam olması ilə bağlı media forumunun keçirilməsini təklif edib. Azərbaycan tərəfdən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş müdiri müavini Murad Hüseynov isə çıxışı zamanı türk uluslarının mədəniyyəti, tarixi və ənənələrinin təbliği üçün Ortaq Türk Evi proqramının yayımını təklif edib. Tədbir türkdilli ölkələrin İşçi qrupundakı nümayəndələrinin çıxışları ilə davam edib.

Related Articles

Bir cavab yazın

Back to top button