AzərbaycanİranMəqalələr

Tarix: Təbrizdəki türbə və məqbərələr – On bir aşırımlı körpü

On beş aşırımlı körpüdən 750 metr qərbdə olan on bir aşırımlı körpü başdan-başa daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmişdir.

Tədqiqatçılar bu körpünün XIII əsrdə, Elxanilərin hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər.

Onun uzunluğu təxminən 130 m, eni 6 m, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Körpünün üç orta tağı sağ qalmış, sahil tağları isə XX əsrin 30-cu illərində Quzey və Güney Azərbaycan arasında əlaqələri kəsmək üçün İran və SSRİ-nin birgə qərarı ilə dağıdılmışdır. Həmin vaxtdan da yerli əhali körpüyə Sınıq körpü adını vermişdir.

Tikinti materialı və memarlıq xüsusiyyətinə görə, daha monumental görünən on bir aşırımlı körpüdə oyma naxışlı, dairəvi biçimli daş bəzək lövhələri də aşkar edilmişdir. Böyük konstruktiv dayanıqlığı ilə yanaşı, Xudafərin körpülərinin, xüsusilə Sınıq körpünün güclü bədii ifadəliliyi də vardır. Onlar öz ətrafında Arazın hər iki sahilində olan Azərbaycan torpağındakı çoxlu mədəni dəyərləri – müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birləşdirib.

Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.

Related Articles

Bir cavab yazın

Back to top button