İran

Fərhad Sərxoş Urmu gölündəki son vəziyyətdən danışıb

Urmu Gölünün Yənidən Qurulması Qərargahının rəisi Fərhad Sərxoş Urmu gölünün sahəsinin 2 785 kilometr mürəbbədən çox genişləndiyini açıqlayıb. Bu da 2014-cü ildə qeydə alınmış ən aşağı həcmlə müqayisədə iki dəfə artım deməkdir. Qurum rəsmisi bildirib ki, suyun həcmi 3 milyard 260 milyon metr mükəəbi keçib. Bu göstərici 2015-ci illə müqayisədə 5 dəfədən çox yüksəlib.
İran 10 illik tərh çərçivəsində 2015-ci ilədək yüzdə 80-i quruyan Urmu gölünün bərqərarı proqramına başlayıb. Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində gölün canlanması üçün 498 milyon tümən büdcə ayrılıb.
Fərhad Sərxoşun sözlərinə görə, Urmu gölünün qorunması üçün hər il bəlli bir büdcə nəzərdə tutulmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button