İran

İran həqiqətləri: “Ölkədə azyaşlı qızları oğurlayıb cinsi münasibət üçün kişilərə satan çoxlu cinayətkar dəstələr var”

Bu yaxınlarda 8 il məhkumluq həyatından sonra azadlığa çıxan iranlı insan haqları fəalı Atena Daimi ölkədə baş verən proseslər barədə dəhşətli faktları açıqlayıb.

“Aznews tv”xəbər verir ki, o, məhkumluq dövründə Qərçək zindanında olarkən azyaşlı qız uşaqlarını oğurlayaraq onların bakirəliyini baha qiymətə kişilərə satdıqları üçün çoxlu sayda məhbuslarla tanış olub.

Xanım Daimi əlavə edib ki, bu cür cinayətə görə həbs edilənlər arasında qadınlar da olub.

Fəal sonda bildirib ki, həbsxanada zindan gözətçiləri, əmniyət gücləri və müstəntiqlərin də qadın məhbuslara qarşı seksual hərəkətlər etdiklərini, onlarla cinsi münasibətlər qurduqlarını müşahid edib.

Qeyd etmək lazımdır ki, İranda son illər yarıtmaz idarəçilik üzündən cinayətkarlıq kifayət qədər artmaqdadır. Ağır iqtisadi vəziyyətdə yaşayan İran əhalisi maddi ehtiyaclarını qarşılaya bilmək üçün müxtəlif cinayətlərə əl atır. Bu səbəbdən tez-tez İrandan bu cür dəhşətli cinayət əməlləri törədən şəbəkələr barədə məlumatlar yayılır. Bundan başqa, bir çox bölgələrdə yoxsulluq səbəbindən ailələr azyaşlı qız uşaqlarını özlərindən kifayət qədər böyük imkanlı kişilərə ərə verməyə məcbur qalır.

Related Articles

Bir cavab yazın

Back to top button