İran

Marağada əksər məktəblər istifadəyə yararsizdir

Marağada məktəblərin yüzdə 37-si istifadəyə yararsızdır. Bu açıqlamanı Marağa və Əcəbşir şəhərlərinin Məclisdəki nümayəndəsi Əli Əlizadə edib. O, şəhərdə qəzalı vəziyyətdə olan məktəblərin sökülməsi və yenidənqurmasında xeyriyyəçilərin rolunu yüksək qiymətləndirib. Məsələ ilə bağlı Marağa Təhsil İdarəsindən də bilgi verilib. Qurumdan bildirilib ki, şəhərdə fəaliyyət göstərən 10 məktəb xeyriyyəçilərin dəstəyi ilə bərpa edilib. Tikinti və yenidənqurma işlərinin icrasına isə 13 milyard tümən vəsait xərclənib. Hazırda 50-dək məktəbin sökülərək yenidən tikintisi planlaşdırılır.
Qeyd edək ki, ali qanunun 30-cu maddəsinə əsasən, “dövlət bütün vətəndaşları orta təhsilini başa vuranadək pulsuz təhsillə təmin etməli və ödənişsiz ali təhsil üçün şərait yaratmalıdır”.

Related Articles

Bir cavab yazın

Back to top button