İran

Amerika konqresmenlərindən Baydenə xəbərdarlıq: İranla gizli diplomatiyaya son qoyun!

Amerika Konqresinin bir neçə respublikaçı üzvü Co Baydendən İrana etdiyi güzəştlər barədə ictimaiyyəti məlumatlandırmağı tələb edib.

Onlar Amerika prezidentinə göndərdikləri məktubda İranla “gizli diplomatiya”nın davam etdirilməsindən bezdiklərini vurğulayıblar.

Konqresmenlər aprelin 27-də mühafizəkarlara yaxın “The Washington Free Beacon” saytında dərc edilən bu məktubda Co Bayden hökumətini nüvə anlaşmasını dirçəltmək üçün “dünyanın ən böyük terror dəstəkçisi”nə etdiyi güzəştlər barədə ictimaiyyəti açıq və şəffaf şəkildə məlumatlandırmağa çağırıblar.

Məktubun müəllifləri İran hökumətinin SEPAH-ın terror təşkilatları siyahısından çıxarılması və Vyana danışıqlarının dayandırılması tələbinə cavab olaraq Ağ Evi diplomatik danışıqların vəziyyəti barədə Konqresə və ictimaiyyətə məlumat verməyə səsləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button