İran

İran atom proqramı ilə bağlı təkrar danışıqlar aparmayacaq

“İran atom proqramı ilə ilgili təkrar danışıqlar aparmaq niyyətində deyil”.
Bunu İranın Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif CNN televizyonuna müsahibəsində bildirib. Vəzirin sözlərinə görə, İran əldə olunan anlaşmadan heç zaman çıxmayıb. Anlaşmanı birtərəfli qaydada Amerikanın keçmiş prezidenti Donald Tramp tərk edib. Məhəmməd Cavad Zərif bildirib ki, Amerikanın yeni prezidenti Co Bayden anlaşmaya qayıtmalıdır.
İran rəsmisi vurğulayıb ki, ölkəsi anlaşma ilə ilgili üzərinə düşən öhdəlikləri qismən məhdudlaşdırıb.
“Amerika təhrimləri aradan qaldırdıqdan sonra İran da öhdəlikləri tam olaraq yerinə yetirəcək”, – deyə Məhəmməd Cavad Zərif söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button