Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Rusiya və Ukrayna arasında danışıqların üçüncü mərhələsi də nəticəsiz bitdi

Bildiyiniz kimi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra tərəflər bir sıra dövlətlərin də təkidi ilə bir neçə dəfə müzakirə masasına otursalar da, indiyədək heç bir nailiyyət əldə edə bilməyiblər.

“Aznews tv” Telegram kanalı xəbər verir ki, ukraynalı müzakirəçi bu barədə deyib: “Rusiya ilə danışıqlarda müvəqqəti atəşkəsin əldə edilməsi istiqamətində heç bir nailiyyət əldə edilməyib. Danışıqlar humanitar yardım dəhlizinin açılması baxımından sadəcə bir neçə kiçik addımla irəliləyib”.

Rusiyalı müzakirə üzvlərindən biri isə bu barədə bildirib: “Müzakirə asan deyil. Müsbət bir şey haqqında danışmaq hələ tezdir. Ümid edirəm ki, növbəti dəfə daha böyük irəliləyiş əldə bilərik”.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndələri üç dəfə danışıqlar masasına otursalar da, əhəmiyyətli heç bir irəliləyiş əldə edə bilməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button