İran

Zahidan və İsfahan zindanlarında daha iki məhkum dara çəkilib

İranda qətldə və uyuşdurucu maddələrin qaçaqçılığında günahlandırılan daha 2 məhkum edam edilib.

İranda insan haqları fəallarının yaydığı xəbərə görə, 9 il öncə bilinməyən səbəbə görə qətl törədən və o vaxtdan həbsdə saxlanılan 30 yaşlı məhkum Yasin Abdullahi mehr ayının 7-i səhər saatlarında Zahidan şəhər zindanında dara çəkilib.

Elə o gün, uyuşdurucu maddələrin satışı və qaçaqçılığında təqsirli bilinərək barəsində ölüm hökmü çıxarılmış 42 yaşlı məhkum Abbasqulu Salehi İsfahanın Dəstgerd zindanında dar ağacından asılıb.

Bildirilir ki, adıçəkilən məhkum qeyd edilən ittihama görə 20 il həbsdə saxlandıqdan sonra edam edilib.

Related Articles

Bir cavab yazın

Back to top button