Azərbaycanİran

Güneyli işçi hərəkatı fəalının həbs qərarı təsdiqlənib

Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi güneyli işçi hərəkatı fəalı Rza Şəhabi barədə çıxarılan 6 il həbs qərarını təsdiq edib.

Bu barədə açıqlama verən vəkil Hüseyn Tac, Şəhabinin ittihamlarla bağlı müdafiəsinin nəzərə alınmadığını, cinayət işində qaranlıq məqamların çox olduğunu və məhkəmənin ədalətsiz qərar verdiyini bildirib.

Rza Şəhabi bundan öncə həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.

2022-ci il mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür. O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.

Related Articles

Bir cavab yazın

Back to top button