Şərqi Azərbaycanda 42 000 nəfər koronavirus mərizindən 1 890 nəfər həyatını itirib. Bu barədə Təbriz Tibb Danişqahının rəisi Məhəmməd Hüseyn Sumi məlumat verib. Onun sözlərinə görə, ustanda gündəlik olaraq ortalama 20 nəfər Koronavirusdan həyatını itirir. Hazırda 1 122 nəfər koronavirus mərizi Təbrizdə və Şərqi Azərbaycan ustanının ayrı şəhərlərindəki mərizxanalarda müalicə olunur. Rəsmi məlumatagörə, 130-dan çox məriz isə məsnoi nəfəs dəsqhı qoşulub. Məhəmməd Hüseyn Sumi bildirib ki, Təbrizin “İmam Riza” mərizxanasının urjansında 25 nəfərədək məriz növbədə gözləyir. Hazırda ustanda koronavirusun sürətlə yayılma riski çoxalıb.