
İsrailin maliyyə naziri Moşe Kahlon ABŞ Maliyyə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsinin ölkəsinin İrana qarşı qarşı sanksiyaları bütün gücü ilə davam etdirəcəyini bildirdiyini deyib.
“Hal-hazırda ABŞ maliyyə nazirinin müavini Siqal Mandelkerlə əla iş görüşü keçirdim. O, məni sevindirdi ki, KİV-lərdən gəzən məlumatların əksi olaraq ABŞ-ın İrana qarşı sanksiya məsələsində heç bir dəyişiklik yoxdur və bu bütün güclə davam edəcək”, – deyə nazir öz Twitter hesabında yazıb.
Aznews.tv xəbər verir ki, daha əvvəl Donald Trampın İran prezidenti Həsən Ruhanini görüşə cəlb etmək üçün sanksiyaların yumşaldılması haqda düşündüyü deyilirdi.
Aznews.tv