İran

Səccad şəhirinin saxlanıldığı bölmə dəyişdirilib

Azərbaycanlı siyasi məhbus Səccad Şəhiri Sulduz həbsxanasının maliyyə bəndinə köçürülüb. Bu barədə fəal fərvərdin 17-də ailəsinə məlumat verib. Bildirək ki, Səccad Şəhiri 14 fərvərdin 1400-cü ildə Məhkəmə İcrası Şöbəsinə müraciət etdikdən sonra Sulduz həbsxanasına göndərilib. Bundan öncə fəala Qərbi Azərbaycan əyalətinin Təcdid-Nəzər Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən “rejimə qarşı təbliğat ittihamı” ilə 6 ay təziri həbs cəzası verilib. Şəhiri-nin vəkili Əsgər Məhəmmədi-yə göndərilən elekteron bildirişdə fəalın etirazının rədd edildiyi və çıxarılan hökmün qüvvədə saxlanıldığı yazılıb. Xatırladaq ki, azərbaycanlı fəal Səccad Şəhiri 26 dey 1398-ci ildə Sulduz İttilaat idarəsinin məmurları tərəfindən tutuqlanıb və Təbriz İttilaat idarəsinə aparılıb. 44 gün dindirildikdən sonra 12 isfənd tarixində Təbrizin mərkəzi zindanına köçürülüb. Daha sonra 500 milyon tümənlik vəsiqə qarşılığında azadlığa buraxılıb. Vurğulayaq ki, Səccad Şəhiri mədəni fəaliyyələrinə görə dəfələrlə həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button