Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İraq şiə liderinin siyasətə qayıtması İranın İraqdakı təsirini sarsıda bilər

İraq şiələrinin nüfuzlu lideri Müqtəda əs-Sədrin böyük siyasətə qayıdışı İranın İraqdakı nüfuzunu və ölkədəki sabitliyi poza bilər. Bu barədə geniş auditoriyaya qapalı olan Moskva Yaxın Şərq İnstitutu yazır.

Qeyd olunur ki, əs-Sədr dolayı yolla siyasi rəqiblərini, iranpərəst şiələrin liderlərini “vətənpərvər və Tehrana bağlı” adlandırır. İraq şiələrinin liderinin adları yuxarıda çəkilən iranpərəst şiələr istisna olmaqla, hakim koalisiya yaratmaq üçün təkrar cəhdlərini gözləyən “sədrçilər”in (Əs-Sədrin tərəfdarları) keçmiş parlament üzvü deyib: “Hərəkatın budəfəki planları daha ciddidir – çoxluq hökumətini formalaşdırmaq üçün daha çox yer qazanmaq”.

Müqtəda əs-Sədr 2003-cü ildə Amerikanın İraqı işğalından sonra geniş populyarlıq qazandı. O vaxtdan bəri o, ardıcıl olaraq həm Amerikanın mövcudluğuna, həm də İranın İraqın daxili işlərinə müdaxiləsinə qarşı çıxıb. 2018-ci ildən onun rəhbərlik etdiyi dini-siyasi hərəkat İraq parlamentində ən nüfuzlu qüvvələrdən biridir. Lakin İranyönlü şiə siyasətçilərin müqaviməti səbəbindən islahatlar kursunu həyata keçirə bilməyən əs-Sədr 2022-ci ilin iyununda tərəfdarlarını parlamentdən geri çəkdi və avqustda siyasətdən getdiyini elan etdi. O, bu il martın 18-də şiələrin müqəddəs Nəcəf şəhərində İraq şiələrinin ruhani lideri Ayətullah Əli əs-Sistanini ziyarət edib. Onların söhbətinin məzmunu ilə bağlı rəsmi açıqlama verilməyib, lakin İraq mənbələri əs-Sistaninin əs-Sədrə İraq siyasətinə qayıtması üçün yaşıl işıq yandırdığını bildirib. Aprelin 11-də Müqtəda əs-Sədr rəhbərlik etdiyi siyasi partiyanın “Sədr Hərəkatı” adının dəyişdirilərək “Şiə Milli Hərəkatı” olduğunu elan edib. Səbəb isə Sədrin tezliklə siyasi səhnəyə qayıtmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button