Dünya

İsrail ordusunun itkiləri 105 nəfərə çatıb

İsrail Müdafiə Ordusunun noyabrın sonunda Qəzza zolağında HƏMAS-a qarşı başladığı quru əməliyyatından bəri itkiləri 105-ə çatıb.

Aznewstv xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Ordusu noyabrın 20-də yaralanan ehtiyatda olan hərbçinin öldüyü barədə məlumat verib.

Qeyd edilib ki, ötən gün Qəzza zolağının cənubunda 3 hərbçi ağır yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button